Biz güclü ölkəyik, güclü iqtisadiyyatımız var, xarici borcumuz ÜDM-in 6,9 faizini təşkil edir. Əlbəttə ki, kim bizi tənqid edir, onların məhz xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.
“Biz yoxsulluq səviyyəsini 5 faizə salmışıq, Fransadakı göstərici bundan da çoxdur”, - deyən dövlətimizin başçısı mövcud reallığın bundan ibarət olduğunu vurğulayıb. “Bu, bizim torpağımızdır. Bu, bizim həyatımızdır. İstərdik ki, Azərbaycan xalqına da eyni hörmətlə yanaşsınlar. Açığı, biz Avropa mətbuatında Azərbaycanla bağlı rəyə təsir etmək səylərinin boş vaxt itkisi olduğunu görüb, bu işdən əl çəkmişik”.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı