Şuşada olmaq, rus jurnalistlərin taleyini soruşmamaq sadəcə alçaqlıq deyil, artıq xəyanətin astanasıdır.
BUTA.TV xəbər verir ki, bunu Kreml təbliğatçısı Vladimir Solovyov “Rossiya 1” telekanalında “Vladimir Solovyovla axşam” verilişinin canlı yayımında TASS-ın keçmiş baş direktor müavini Mixail Qusmanın və politoloq Sergey Markovun Şuşaya səfəri haqda deyib.
“İki nəfər alçaqlığa yol verdi. Jurnalist soydaşlarımızın Azərbaycan həbsxanalarında olduğu bir vaxtda Azərbaycan tərəfinin şəxsi dəvəti ilə Rusiyanın iki vətəndaşı - onlardan biri bu yaxınlaradək yüksək vəzifə tutub - Şuşaya gedib. Onlar həmkarlarımızın taleyi ilə bağlı sual verməyi özlərinə sığışdırmadılar. Amma tərif yağdırmağı özlərinə rəva bildilər. Bu, təkcə peşəkarlıq deyil, həm də insan alçaqlığının təzahürüdür. Onlardan biri xoşbəxtlikdən təqaüdə çıxdı. İkincisi, ümid edirəm, Markov, bir daha heç vaxt Rusiyanın heç bir media orqanına dəvət olunmayacaq. Orada olub həmkarlarımızın, həmvətənlərimizin taleyini soruşmamaq sadəcə alçaqlıq deyil, artıq xəyanətin astanasıdır”, - o bildirib.
Qeyd edək ki, Solovyovun da bu kampaniyaya qoşulması Mixail Qusmanın vəzifədən çıxarılmasının Şuşa Beynəlxalq Media Forumunda iştirakı ilə birbaşa bağlı olduğunu bir daha təsdiqləyir.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı