Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı

20:52 - 27 Fevral 2026 - HADİSƏ

 Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı

Meyxanaçı Vahid Qədimin Ukrayna müharibəsində itkin düşməsi ilə bağlı yayılan məlumatlar yalandır.

BUTA.TV xəbər verir ki, bu barədə meyxanaçı Ağamirzə Məmmədov Bakupost-a açıqlamasında deyib.

“Yaxın dostu ilə danışdım. Onunla dünən gecə əlaqə saxlayıb. Hər şey qaydasındadır, normaldır. Rusiyada özünə zəng çatmır”, - deyə meyxanaçı bildirib.

Qeyd edək ki, ötən gün hərbi bloger Tofiq Şahmuradov Vahid Qədimin Ukraynada, Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşməsi barədə paylaşım etmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol