Bakının Xətai rayonunda həyətlərdən birində qalanan bayram tonqalı yanğına səbəb olub.
BUTA.TV Oxu.az-a istiandən xəbər verir ki, sosial şəbəkələrdə bunu əks etdirən videogörüntü yayımlanıb.
Qeyd olunub ki, hadisə Əhmədli qəsəbəsində baş verib. Küləyin tonqalı daha da alovlandırması nəticəsində yaxınlıqdakı ağaca od düşüb və yanmağa başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən fakt təsdiqlənib.
Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının doqquzmərtəbəli yaşayış binasının həyətində baş verdiyi müəyyən edilib.
Alov yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində yaşayış binasının həyətində bir ədəd şam ağacı qismən yanıb.
Yaşayış binası və ətraf ərazilər yanğından mühafizə olunub", - deyə məlumatda vurğulanıb.
- Arvadını öldürüb, Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
- Bu məktəbə yeni direktor təyin edildi
- Bu kərə yağının görüntüləri hər kəsi narahat etdi - Video
- Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
- Sumqayıtda möhtəşəm bayram tədbiri - Foto
- Böyükşorda qurğu tikilir: əhaliyə kompensasiya veriləcək
- Bu gecə Xırdalanın bu ərazilərində işıq olmayacaq
- Bakının bu qəsəbəsində kanalizasiya sistemi qurulur - Video