FHN attraksionlara nəzarəti gücləndirdi

13:30 - 18 Mart 2026 - GÜNDƏM

 FHN attraksionlara nəzarəti gücləndirdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi bayram günləri ilə əlaqədar attraksionlara nəzarəti gücləndirib.

BUTA.TV xəbər verir ki, bu çərçivədə Agentlik Novruz və Ramazan bayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə istifadə edəcəyi respublikanın şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionların təhlükəsiz istismarının təmin edilməsi məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət və təlimat xarakterli tədbirlər həyata keçirir.

Tədbirlərdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin əməkdaşları tərəfindən attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılır və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionlara cavabdeh olan şəxslərə zəruri göstəriş və tövsiyələr verilir.

Bildirilir ki, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə sınaq işləri aparılmalı və gündəlik texniki baxış keçirilməlidir.

Bu xəbər hal-hazırda çox oxunur
Bayram günlərində bu banklar işləyəcək

Attraksionlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən attraksionların istismarı zamanı insanların həyat və sağlamlığının qorunması üçün təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi tələb olunur.

Həmçinin, həyata keçirilən tədbirlər zamanı attraksionların təhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə məsul şəxslərə ətraflı məlumat verilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol