Bakı metropolitenin "20 Yanvar" metrostansiyasında 1994-cü il martın 19-da erməni terrorçuları tərəfindən törədilən terror aktından 32 il keçir.
BUTA.TV xəbər verir ki, qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.
Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların arasında Azərbaycan xalq artisti Rafiq Babayev də olub.
Məhkəmə orqanları metrostansiyadakı terror aksiyasının Ermənistan xüsusi xidmət orqanlarının hazırladığını, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib.
Cinayətin törədilməsində şübhəli bilinən "Sadval" Ləzgi Milli Hərəkatının 11 üzvü həbs edilib. Onlardan ikisinə ölüm hökmü verilib, doqquz nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilib. Terror aktının icraçısı Oqtay Qurbanov isə partlayış zamanı ölüb.
- Dövlət sirrini yayan xarici vətəndaşa hökm oxundu
- 65 yaşlı kişi nərdivandan yıxılıb öldü
- Bakıda ölümlə nəticələnən qəza - Anbaan videosu
- İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub
- Verilişin bağlanması televiziya üçün uğur deyil…
- Qaradağda 4 məmura xəbərdarlıq edildi
- Bayram günlərində hava necə olacaq?
- Bayramda Qarabağa gedənlərə xəbərdarlıq - Video