Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fitva verib.
BUTA.TV xəbər verir ki, fitvada qeyd olunub ki, Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinə verdiyi məlumata, həmçinin, Türk Dövlətləri Təşkilatı – Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Müsəlman Dini İdarə Rəhbərlərinin Şurası nəzdində fəaliyyət göstərən Fitva Şurasının qəbul etdiyi Fitvaya əsasən, bu il Şəvval ayının 1-i Ramazan bayramı, Miladi təqvimlə martın 20-nə təsadüf edir.
"Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fitvasına görə imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Şəriətə görə, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşatmaq məramı daşıyır", - fəitvada deyilir.
- Dövlət sirrini yayan xarici vətəndaşa hökm oxundu
- 65 yaşlı kişi nərdivandan yıxılıb öldü
- Bakıda ölümlə nəticələnən qəza - Anbaan videosu
- İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub
- Verilişin bağlanması televiziya üçün uğur deyil…
- Qaradağda 4 məmura xəbərdarlıq edildi
- Bayram günlərində hava necə olacaq?
- Bayramda Qarabağa gedənlərə xəbərdarlıq - Video