Baş Dövlət Yol Polisi İdarəsi bayramla əlaqədar səfərə çıxan sürücülərə dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi tövsiyə edib.
BUTA.TV xəbər verir ki, bu barədə İdarə məlumat yayıb.
Qeyd olunub ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən dumanlı hava ilə əlaqədar yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
"Dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır. Səfərə çıxan sürücülərdən dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edirik", - deyə məlumatda qeyd edilib.
- Xəzərdə zəlzələ oldu
- Xəzər çəkilir: Bakı buxtası ilə bağlı həyəcan siqnalı - Foto
- Tərtərdə ağır qəza: iki qardaş öldü
- Sabahın hava proqnozu açıqlandı
- Bu yolda sürət həddi endirildi – Xəbərdarlıq
- Bakıda 4 otaqlı mənzil 7,3 milyona satışa çıxarıldı
- Əflatun Amaşov qəzaya düşdü - Video
- Bakıda yağıntı intensivləşəcək – Xəbərdarlıq