Martın 23-ü Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi zamanı vəfat edən şəxs İkinci Qarabağ müharibəsinin qazisi olub.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, 19.02.1987-ci il təvəllüdlü Şaiq Firdosi oğlu Ələsgərov Vətən müharibəsi baş verən ərəfədə könüllü olaraq ordu sıralarına qatılıb.
Müharibədə ölümdən xilas olan Şaiq Ələsgərov baş verən qəzada həyatını itirib.
Xatırladaq ki, hadisə rayonun Hindarx qəsəbəsi ilə Hüsnülü kəndi arasında qeydə alınıb. Belə ki, Hindarx qəsəbə sakini, 1987-ci il təvəllüdlü Şaiq Ələsgərovun idarə etdiyi "Mersedes" markalı avtomobillə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun idarə etdiyi "Hunday" markalı avtomobil toqquşub. Qəza nəticəsində Şaiq Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib, Bayram İsmayılov xəsarət alıb.
- Xəzərdə zəlzələ oldu
- Xəzər çəkilir: Bakı buxtası ilə bağlı həyəcan siqnalı - Foto
- Tərtərdə ağır qəza: iki qardaş öldü
- Sabahın hava proqnozu açıqlandı
- Bu yolda sürət həddi endirildi – Xəbərdarlıq
- Bakıda 4 otaqlı mənzil 7,3 milyona satışa çıxarıldı
- Əflatun Amaşov qəzaya düşdü - Video
- Bakıda yağıntı intensivləşəcək – Xəbərdarlıq