Aprelin 12-də keçiriləcək olan buraxılış imtahanında iştirak edəcək şagirdlər bu linkdən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Bu barədə BUTA.TV-a DİM-dən məlumat verilib.
Bildirilib ki, şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Qeyd edilib ki, şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
Keçmiş məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
Bakı şəhərinin Sabunçu və Xəzər rayonlarında, həmçinin Sumqayıt, Abşeron, Gəncə, Lənkəran, Şəmkir, Cəlilabad, Masallı, Sabirabad, Xaçmaz, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə bölünüb.Bu hal yuxarıda müvafiq olaraq, "hissə" adlandırılıb və “keçid” qoyulub. Linkin üzərinə basdıqda qeyd olunan tarixdə hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat açılır.
Xatırladaq ki, aprelin 12-də Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında, eləcə də tədrisi ingilis dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
- Mədəniyyət Nazirliyində struktur dəyişikliyi oldu
- İran İsraildə dron zavodunu vurdu - Foto
- Nizami Kino Mərkəzininn divarına qrafit çəkənlər saxlanıldı
- Aprel döyüşlərinin 10-cu ildönümü: “Zəfər Yolu”nun təqdimatı...
- Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırıldı
- Qarabağdakı bu yol ödənişli oldu - Qərar
- Novruz Məmmədov ərizə yazıb, bu işindən ayrıldı
- Füzuli Şeydayev qəfil öldü