Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

23:30 - 4 Aprel 2026 - GÜNDƏM

 Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

BUTA.TV agentliyə istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, aprelin 5-i gündüzdən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi aprelin 6-sı axşam saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol