Marketdə yanğın oldu - Video

10:58 - 25 Aprel 2026 - GÜNDƏM

 Marketdə yanğın oldu - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay şəhərində yerləşən marketdə yanğın baş verməsi barədə məlumat daxil olub.

BUTA.TV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində marketin divarının xarici üzündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində marketin divarının xarici üzündə 1 ədəd vitrin soyuducusunun, 2 ədəd kondisonerin mühərrik hissəsi və yaxınlıqda istifadəyə yararsız ərzaq malları 15 kv.m sahədə yanıb.

Market və bina yanğından mühafizə olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol