Həyətində quyu tikən zaman divar uçdu: ölən var

09:09 - 20 May 2026 - GÜNDƏM

 Həyətində quyu tikən zaman divar uçdu: ölən var

Şəmkirdə bədbəxt hadisə baş verib.

BUTA.TV lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yeni Yol kəndində qeydə alınıb.

Belə ki, sözügedən kənddə vətəndaş ona məxsus evin həyətində quyu tikən zaman torpaq tikilmiş divar uçub.

Nəticədə iki nəfər uçmuş mişar daşlarının altında qalıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilas-ediciləri cəlb edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Orada günəş belə qürub edir... - Fotolar

Bir nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər şəxs isə huşsuz vəziyyətdədir və hazırda onun xilas edilməsi istiqamətində xilasedicilər tərəfindən tədbirlər həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol