“Qarabağ” klubunun rəhbərliyi ötən gecə məşqçilər heyəti və komanda üzvləri ilə görüş keçirib.
“BUTA.TV” xəbər verir ki, görüşdə əsasən komandanın bu mövsüm Çempionlar Liqasındakı uğurları müzakirə olunub.
Maraqlıdır ki, ÇL-dəki uğurlarda böyük əməyi olan, intizamsızlığına görə Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyev görüşə dəvət olunmayıb.
Bu isə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Azarkeşlərin əksəriyyəti komandanın qitənin ən nüfuzlu turnirinin ən yaxşılarından olan E.Cəfərquliyevin tədbirə dəvət almamasından narazılıq edib.
25 yaşlı müdafiəçinin yekun tədbirə çağırılmaması onu göstərir ki, “Qarabağ”la futbolçu arasındakı bütün iplər qırılıb. Qurban Qurbanov Elvini artıq sərəncamında görmək istəmir. Əslində, buna nümunə kimi Cəfərquliyevin əsas komandanın oyunlarında stadiona gəlməməsini də göstərmək olar. Q.Qurbanov futbolçunu görmək belə istəmir.
Xəbəri rus dilində oxuyun: Разрыв неизбежен? Джафаргулиева не пригласили на клубную встречу
Böyük ehtimalla Elvin yayda satılacaq.
Qurban Qurbanovun mətbuat konfransında “Elvin Cəfərquliyevin geri qaytarılmaq ehtimalı var?” sualına verdiyi cavab da azarkeşlərdə ümidsizlik yaratmışdı. Sanki baş məşqçi ondan danışmaq niyyətində belə deyil: “Hələ necə var elədir. Gələn il üçün hazırlıq planını tam tutmamışam”.

- Ukraynada prezident seçkiləri bu tarixdə keçirilə bilər
- Sabah yağış yağacaq
- Daha 120 müharibə veteranı üçün kiçik bizneslər quruldu
- AAYDA: Salyan körpüsündə “qırıq dəmir”... - Foto
- Daramber Qoxul İçərişəhərdə - Foto
- FHN bu mövzuda müşavirələr keçirdi
- Daha bir küçə və prospektdə velosiped zolaqları salındı - Foto
- "Azəriqaz"ın baş direktoru Ağstafada sakinlərlə görüşəcək