Hacıyevdən Horadiz-Ağbənd yolu ilə bağlı açıqlama

11:24 - 20 May 2026 - GÜNDƏM

 Hacıyevdən Horadiz-Ağbənd yolu ilə bağlı açıqlama

Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikintisi bitmək üzrədir.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev WUF13 çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı jurnalistlərin sualına cavab olaraq bildirib.

Vahid Hacıyevin sözlərinə görə, Azərbaycanla İran arasında sərhəd-keçid körpüsünün tikintisi yekunlaşmaq üzrədir.

“Bunlar işğaldan azad olunmuş ərazilər, ümumiyyətlə, regiona böyük töhfə verəcək”, - Vahid Hacıyev qeyd edib.

Bu xəbər hal-hazırda çox oxunur
Orada günəş belə qürub edir... - Fotolar

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol