Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq

15:03 - 20 May 2026 - CƏMİYYƏT

 Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq

Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq.

BUTA.TV xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, marşrut üzrə səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək.

2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol