Ceyhun Dadaşova yüksək vəzifə verildi

16:51 - 22 May 2026 - GÜNDƏM

 Ceyhun Dadaşova yüksək vəzifə verildi

Dövlət Pantomima Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov yeni vəzifəyə təyin olunub.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bundan sonra o, öz fəaliyyətini Dövlət Pantomima Teatrının yaradıcı işlər üzrə direktor müavini olaraq davam etdirəcək.

Qeyd edək ki, Ceyhun Dadaşov Pantomima teatrında 2000-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində çox sayda tamaşalara aktyor və rejissor olaraq öz imzasını atıb. Bundan başqa bir-birinin ardınca ölkə və ölkə xaricində ustad dərsləri verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol