Mayın 22-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Şahdağda isə qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm-dir.
Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 47, Zaqatalada 41, Qusarda (Laza) 35, Şəkidə (Kişçay) 27, Daşkəsəndə 21, Balakəndə 17, Oğuzda 16, Şahdağda 15, Gədəbəydə 14, İsmayıllı, Naftalanda 10, Sədərəkdə 9, Biləsuvar, Qəbələdə 8, Lerik, Qrız, Ağsu, Gəncə, Göygöldə 7, Bərdə, Mingəçevir, Naxçıvan, Şərurda 6, Quba, Xınalıq, Yardımlı, Culfa, Şahbuzda 5, Xızı, Sabirabad, Neftçala, Tovuz, Ordubadda 4, Beyləqan, İmişli, Şamaxı, Ağstafada 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Kürdəmirdə 2, Xaltan, Şabran, Xaçmaz, Qobustan, Şəmkir, Tərtər, Yevlax, Göyçay, Zərdab, Lənkəran, Astara, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
- WUF13-lə bağlı çəkilmiş zolaqlar qüvvədən düşür: Bu yoldan başqa
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycana qar yağdı
- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?