Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
BUTA.TV milli.az-a istinadən xəbər verir ki, Namiq Cəfərov Göygöl rayon icra başçısının birinci müavini təyin edilib.
Qeyd edək ki, bu təyinatadək Namiq Cəfərov rayon icra hakimiyyətində Ərazi idareətmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
Namiq Cəfərov Naxçıvan Dövlət Universtetinin Hüquq fakultəsini bitirib. Xızı Rayon İcra Hakimiyyətində başçının köməkçisi, Gəncə "ASAN Xidmət” Mərkəzinin direktoru və Azərbaycan Dövlət Aqrar Universtetində məsul vəzifələrdə çalışıb.
O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub və ”Şuşanın azad olunmasına görə”, eləcə də "Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
- Vətən müharibəsi iştirakçısı icra başçısının müavini oldu
- "EFES - 2026" təlimində gecə mərhələsi keçirildi
- “Aston Villa” Avropa Liqasının çempionu oldu - Video-Yenilənib
- Raul Kastroya rəsmi ittiham irəli sürüldü - Təyyarəni vurma əmrini o veribmiş...
- Britaniya radiosu səhvən ölüm xəbərini yaydı - Üzr istədilər
- Dünyanı heyran qoyan qızlarımız... - Fotolar
- Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edildi - Fotolar
- “Nə istəsəm, Netanyahu edir”