Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərində keçirilən “Türkiyə-Azərbaycan-Gürcüstan SAR Təlimi-2026” təlimində iştirak edib.
BUTA.TV xəbər verir ki, təlimin əsas məqsədi dost ölkələrin axtarış-xilasetmə bölmələri və şəxsi heyəti arasında birgə işləmək vərdişlərini artırmaq, qarşılıqlı təcrübə mübadiləsini təşkil etmək və axtarış-xilasetmə sahəsində ən müasir yanaşmalarla tanışlıq olub.
Təlim zamanı şərti olaraq zəlzələ baş vermiş ərazidə dağıntılar altında qalmış “zərərçəkmişlərin” axtarışı və xilasetmə işlərinin təşkili əməliyyatı yerinə yetirilib.
Uğurla keçən təlimin sonunda FHN-in xilasedicilərinə təşkilatçılar tərəfindən müvafiq sertifikatlar təqdim olunub.
- “AzerGold” sədri ilə Esvatini Kralı arasında görüş oldu
- Bakı-Tiflis qatarlarında hansı xidmətlər var? - Foto
- Magistratura imtahanında təkrar iştirak üçün qeydiyyat...
- Tbilisi biletləri ilə bağlı detallar açıqlandı - Nələr daxildir? - Fotolar
- “Azərişıq” nümayəndələri Naxçıvanda sahibkarlarla görüşdü
- “Kontakt” “Baku Flames”də qalib oldu
- “City Garden Narimanov”da premium mənzillər 20 ilədək ipoteka imkanı ilə
- Keçmiş batalyon komandiri vəfat etdi - Foto