Hindistanda bir siyasətçinin məbəd ziyarəti zamanı istifadə etdiyi portativ kondisionerlər sosial mediada müzakirələrə səbəb olub.
“BUTA.TV” xəbər verir ki, yayılan görüntülərdə məbəddə mərkəzi soyutma sistemi olmadığı üçün siyasətçinin özü ilə portativ kondisionerlər gətirdiyi əks olunub.
Kadrlarda əməkdaşların cihazları daim siyasətçinin olduğu istiqamətə yönəltdiyi və onu ziyarət boyunca izlədiyi görünür.
Videoda həmçinin siyasətçinin ibadəti zamanı ətrafındakı şəxslərin ona xüsusi xidmət göstərdiyi diqqət çəkib. Belə ki, bir nəfərin milçəkləri uzaqlaşdırmağa çalışdığı da görüntülərə düşüb.
Məlumata görə, siyasətçi ibadətdən sonra da portativ kondisionerlərin müşayiəti ilə məbədi tərk edib.
Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər Hindistanda bəzi dini və siyasi liderlərin həyat tərzi, komfortu və imtiyazları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Xüsusilə ibadət zamanı portativ kondisionerlərdən istifadə edilməsi təəccüblə qarşılanıb.
- Onlayn qumar sürətlə yayılır – Nə etməli?
- Faşist diktatorun nəvəsi qalib oldu - Video
- İstilənməsin deyə yanında kondisioner daşıdılar, milçəkləri qovdular - Video
- Vətən müharibəsi iştirakçısı icra başçısının müavini oldu
- "EFES - 2026" təlimində gecə mərhələsi keçirildi
- “Aston Villa” Avropa Liqasının çempionu oldu - Video-Yenilənib
- Raul Kastroya rəsmi ittiham irəli sürüldü - Təyyarəni vurma əmrini o veribmiş...
- Britaniya radiosu səhvən ölüm xəbərini yaydı - Üzr istədilər