Leyla Əliyeva Esvatini Kralı Əlahəzrət III Msvatini ilə görüşüb.
BUTA.TV xəbər verir ki, görüşdə Esvatini Şahzadəsi Lindani Dlamini və bu ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, senator Folile Şakantu da iştirak ediblər.
Səfəri çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü məmnunluqla xatırlayan Esvatini Kralı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkil edildiyini deyərək, bununla bağlı təbriklərini çatdırıb.
Leyla Əliyeva təbriklərə və xoş sözlərə minnətdarlığını bildirdi, öz növbəsində WUF13-ün dünyanın müxtəlif ölkələri arasında şəhərsalma sahəsində təcrübə mübadiləsi aparmaq üçün uğurlu platforma olduğunu deyib.
Görüşdə Azərbaycan-Esvatini ikitərəfli əlaqələrinin inkişafı üçün yaxşı imkanların olduğu bildirildi, Heydər Əliyev Fondu ilə bu ölkə arasında mümkün əməkdaşlığın perspektivləri müzakirə olunub.
- Özgür Özel vəzifədən uzaqlaşdırıldı, Kılıçdaroğlu qayıtdı
- Bu ərazilərdə elektrik enerjisinin verilişi dayandırılacaq
- Əli Əsədov Türkmənistanda səfərdədir
- Saniyəölçən yox, təcrübə lazımdır - Avropa bu süfrədən danışır+Video
- Leyla Əliyeva Esvatini kralı ilə görüşdü
- COP29 kimi WUF13 də uğurla təşkil edildi - Əliyev
- Azərbaycanda dövlət qurumlarından biri ləğv olundu
- Prezident Quterreşin müavinini qəbul etdi - Fotolar