Mayın 21-də Xankəndi şəhərinə leysan xarakterli yağış, Xocalı rayonunun Şuşakənd kəndinə isə güclü yağışla yanaşı dolu yağıb.
BUTA.TV xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Məlumata görə, bu gün günorta saatlarında bölgədə başlayan yağıntı qısa müddətdə intensiv xarakter alıb. Yağıntı və dolu nəticəsində hər hansı ciddi fəsad qeydə alınmayıb.
Elektrik enerjisi, qaz və su təchizatı normal rejimdə fəaliyyətini davam etdirir. Həmçinin yaşayış məntəqələrində infrastruktura və fərdi təsərrüfatlara ziyan dəyməyib.
- Bakı-Tiflis qatarı: Lüks və komfort siniflər üzrə gediş haqqı...
- Emin Ağalarov “Sea Breeze”də gölməçəyə düşdü - Video
- Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub?
- Xankəndiyə güclü yağış, Xocalıya isə dolu yağdı - Video
- Zakir Həsənov Ərdoğanla birgə təlimi izlədi - Foto
- Məryəm dünyanın ən məşhur şirkətlərindən birində çalışacaq
- Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
- Bu radələrdə Bakıya intensiv yağış yağacaq – Xəbərdarlıq