Şəkinin tarixi hissəsində əhalinin uçotu aparılır.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bunu Şəkinin Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Gülnarə Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə deyib.
"Şəki şəhərinin tarixi hissəsində yaşayan əhalinin sosial-iqtisadi və demoqrafik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə qapı-qapı sorğu əsasında uçot işlərinə başlanılıb. Proses cari ilin aprel ayından etibarən "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində həyata keçirilir. Uçot işləri qoruq ərazisində yaşayan sakinlərin real ehtiyaclarının və sosial mühitinin daha yaxşı öyrənilməsinə imkan yaradacaq", - deyə o qeyd edib.
Bundan başqa, direktor deyib ki, Şəkidə "İcma Mərkəzi" yaradılması planlaşdırılır:
"Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində "İcma Mərkəzi"nin yaradılması nəzərdə tutulur. Qoruğun idarə edilməsində lokal icmanın rolu olduqca böyükdür. Yaradılacaq mərkəz yerli sakinlərin qoruq idarəçiliyinə daha fəal cəlb olunmasına xidmət edəcək. Bu mərkəz sakinlərin təklif və rəylərinin dinlənilməsi, həmçinin mədəni və sosial layihələrdə birgə iştirakın təmin olunması üçün mühüm platforma olacaq. İcma ilə sıx əməkdaşlıq qoruğun davamlı inkişafının əsas istiqamətlərindən biri hesab edilir".
- WUF13-də 53 mindən çox şəxs iştirak edib
- Urmiya gölü bərpa olmayıb - Ekoloq
- AzTV Qəşəm Nəcəfzadəyə 3 min manat ödəyəcək
- Sabahın havası: 28 dərəcə isti, yağış...
- Xocavənd şəhərinə növbəti köç oldu
- Azərbaycanda yeni cərimələr müəyyənləşir
- Bakı-Tiflis qatarı: fiziki məhdudiyyətli sərnişinlər üçün imkanlar
- Nural Əliyev vəzifəsindən azad ediləcək