Türkiyə Ukraynanı kaset sursatları ilə təmin etməyib. Bu xəbərlər Rusiya təbliğatının bir hissəsi ola bilər.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.
Onun sözlərinə görə, bununla bağlı mətbuatda yer alan iddialar dedi-qodudur:
"Reallıqla heç bir əlaqəsi olmayan bu iddiaları tamamilə rədd edirəm. Bu xəbər Türkiyənin imicinə xələl gətirmək üçün "psixoloji silah" kimi yaradılıb".
Səfir vurğulayıb ki, beynəlxalq hüquq kaset bombalarından istifadəni qadağan edir, Ukrayna isə beynəlxalq qaydalara əməl edir:
“Belə bəyanatlar məqsədli şəkildə hazırlanır. Ukrayna-Türkiyə münasibətlərinə xələl gətirmək, habelə Ukrayna və Türkiyə haqqında mənfi beynəlxalq imici formalaşdırmaq məqsədi güdür”.
Qeyd edək ki, Türkiyənin Ukraynaya guya kaset bombaları tədarük etdiyi haqda iddialar yayılmışdı.
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?
- Əjdər Cəfərova yüksək vəzifə verildi