Sursat çatışmazlığı Rusiya ordusuna Ukraynanın şərqində hücum əməliyyatlarını keçirməsinə ciddi mane olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Rusiya müdafiə sənayesi bazasının döyüş sursatı çatışmazlığını həll edə bilməməsi, Kremlin bu il Ukraynanın şərqində hücum əməliyyatlarını dəstəkləmək qabiliyyətinə mane olacaq. Rusiya artilleriya atəşinin gündəlik intensivliyi bəzi ərazilərdə 75% azalıb. Bu da Kremlin tammiqyaslı işğalının başlanğıcından bəri qeydə alınan ən aşağı göstəricidir. Rusiya mənbələri də getdikcə etiraf edirlər ki, Kremlin döyüş sursatı və təchizatı çatışmazlığı qoşunların irəliləmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır”, - məlumatda deyilib.
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?
- Əjdər Cəfərova yüksək vəzifə verildi