Bakı metrosunun stansiyalarından birinin təmirə bağlanacağı barədə məlumat yayılıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, söhbət metronun “Həzi Aslanov” stansiyasından gedir.
İddialara görə, il ərzində “Həzi Aslanov” stansiyası da daxil olmaqla bir çox stansiyalarda genişmiqyaslı təmir işlərinin gedəcəyi gözlənilir.
İlk təmir işlərinin isə yaxın günlərdə qrunt suları axdığı üçün “Həzi Aslanov” stansiyasından başlanacağı deyilir.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov stansiyaya qrunt sularının axması faktını təsdiq edib.
Qurum sözçüsü bildirib ki, bayram günləri və həmin ərəfələrdə “Həzi Aslanov” stansiyası ilə ona bitişik tunelə yaxın məsafədən keçən kommunikasiya xətlərindən birində yaranmış nasazlıqla əlaqədar qeyd edilən sahələrdə axıntıların qarşısının alınması zərurəti yaranıb:
“Əlaqədar təşkilatlarla birlikdə problemin qarşısı vaxtında alınıb. Sərnişinlərin hərəkət təhlükəsizliyi və rahatlığı ilə bağlı problem yaranmayıb”.
O qeyd edib ki, planlı təmir işləri başlanmazdan əvvəl stansiyaların bağlanması və ya hər hansı məhdudiyyətlərin tətbiqi zərurəti yaranırsa, ictimaiyyətə əvvəlcədən məlumatlar verilir.
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?
- Əjdər Cəfərova yüksək vəzifə verildi