Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 105 manat müəyyən edilib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin artırılması və “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 2023-cü il yanvarın 1-dən hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilib.
- Azərbaycan məktəbliləri EGOI 2026-da 2 medal qazandı
- Bu imtahanının nəticələri elan edildi
- DİM-dən təkrar imtahanla bağlı açıqlama
- Doqquzuncuların imtahanı da təkrar keçiriləcək
- Ceyhun Dadaşova yüksək vəzifə verildi
- Sumqayıt-Bakı istiqamətində yol çökdü - Video
- Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
- 23 kq-a qədər baqajı Tbilisi qatarında pulsuz apara bilərsiniz