Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin işdən çıxarılan şöbə və sektor müdirlərinə yeni vəzifə verilib.
BUTA.TV report-a istinadən xəbər verir ki, Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin sabiq müdiri Emin Məmmədov muxtar respublikanın Təhsil Nazirliyində məsləhətçi vəzifəsinə təyin edilib.
Qurumun Qəbul sektorunun keçmiş müdiri Rəşad Əhmədov isə bundan sonra fəaliyyətini Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində davam etdirəcək. Ona nazirlikdə məsləhətçi vəzifəsi həvalə olunub.
Qeyd edək ki, ötən gün Naxçıvan MR Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov və Ali Məclisin Qəbul sektorunun müdiri Rəşad Əhmədov işdən azad olunub.
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Əmək yarmarkasında 90-dək vakansiya təqdim olundu
- Qeyri-sabit hava bu tarixədək davam edəcək
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- WUF13: "Bakı Fəaliyyətə Çağırışı" sənədi qəbul edildi
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...
- Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq