Kiyevə raket zərbələrinin Belarus ərazisindən, Baranoviçi şəhərindən endirilməsi barədə məlumatlar var.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko Tvitterdə yazıb.
“Bu hələ ki, ehtimaldır. Belarus Prezidenti Aleksandr Lukaşenko da rusiyalı həmkarı Vladimir Putin kimi hərbi cinayətkardır və o, da məsuliyyət daşıyacaq. Bu dəfəki hava hücumu zamanı kritik infrastruktur obyektlər vurulub, 18 fərdi evə ziyan dəyib. Xilasedicilər hadisə yerində çalışırlar. İlkin məlumata görə, itki yoxdur”, - Geraşenko vurğulayıb.
Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib.
- Əmək yarmarkasında 90-dək vakansiya təqdim olundu
- Qeyri-sabit hava bu tarixədək davam edəcək
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- WUF13: "Bakı Fəaliyyətə Çağırışı" sənədi qəbul edildi
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...
- Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq
- Şimşək çaxır, yağış yağır - Faktiki hava