Qüdsdə erməni kilsələrinin divarlarına “Ermənilərə ölüm” yazıblar.
BUTA.TV xəbər verir ki, bununla bağlı məlumatı Qüds erməni patriarxlığının dəftərxana müdiri Koryun Baqdasaryan yayıb.
O bildirib ki, insident 11 yanvarda baş verib:
“Qüdsdə “Ərəblərə ölüm”, “Xristianlara ölüm” şüarları olub, ancaq “Ermənilərə ölüm” şüarı ilk dəfədir peyda olur”.
Erməni patriarxlığı polisə şikayət edib və kamera görüntülərinin izlənməsini istəyib. Məlum olub ki, bunu edənlər yəhudi fəallardır. Onların artıq həbs edildiyi iddia olunur.
Qeyd edilib ki, yəhudilərin ermənilərə qarşı buna bənzər neqativ münasibəti son vaxtlar artıb.
- Əmək yarmarkasında 90-dək vakansiya təqdim olundu
- Qeyri-sabit hava bu tarixədək davam edəcək
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- WUF13: "Bakı Fəaliyyətə Çağırışı" sənədi qəbul edildi
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...
- Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq
- Şimşək çaxır, yağış yağır - Faktiki hava