Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb. Hərəkətdə olan iki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Ruslan Məmmədov, 1996-cı il təvəllüdlü Kamran Qasımov, 1998-ci il təvəllüdlü Turac İmaməliyev, 1998-ci il təvəllüdlü Ruslan Həsənzadə və 1999-cu il təvəllüdlü İlqar Pənahov xəsarət alıblar.
Qəza zamanı xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Əmək yarmarkasında 90-dək vakansiya təqdim olundu
- Qeyri-sabit hava bu tarixədək davam edəcək
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- WUF13: "Bakı Fəaliyyətə Çağırışı" sənədi qəbul edildi
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...
- Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq
- Şimşək çaxır, yağış yağır - Faktiki hava