Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatında fasilə yaranıb.
BUTA.TV xəbər verir ki, Biləsuvar rayon Qaz İstismar İdarəsindən məlumat verilib.
Belə ki, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində qaz xəttinin zədələnməsi nəticəsində şəhərin, həmçinin Zəhmətabad, Əliabad, Xırmandalı və Bəydili kəndlərinin bir hissəsinə təbii qazın verilişi dayandırılıb.
Təmir işlərinin bu gün axşam saat 20-21 radələrində başa çatdırılması planlaşdırılır.
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Əmək yarmarkasında 90-dək vakansiya təqdim olundu
- Qeyri-sabit hava bu tarixədək davam edəcək
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- WUF13: "Bakı Fəaliyyətə Çağırışı" sənədi qəbul edildi