Keçmiş qadın deputat Mürsəl Nəbizadə və onun mühafizəçisi paytaxt Kabildəki evində naməlum şəxslər tərəfindən güllələnib.
BUTA.TV xəbər verir ki, bu barədə Əfqanıstan polisi məlumat yayıb.
"Nəbizadə və onun mühafizəçisi saat 3 radələrində eyni otaqda güllələnib.
Hadisə zamanı onun qardaşı və ikinci mühafizəçisi də yaralanıb. Üçüncü mühafizəçi isə pul və qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıb",- məlumatda deyilir.
Qeyd edək ki, Nəbizadə Taliban 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra Kabildə qalan azsaylı qadın parlamentarilərdən biri idi. O, Parlamentin Müdafiə Komissiyasının üzvü olub və özəl qeyri-hökumət qrupunda, İnsan Resurslarının İnkişafı və Tədqiqatı İnstitutunda işləyib.
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Əmək yarmarkasında 90-dək vakansiya təqdim olundu
- Qeyri-sabit hava bu tarixədək davam edəcək
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- WUF13: "Bakı Fəaliyyətə Çağırışı" sənədi qəbul edildi