Azərbaycanın xanəndəsi Kənan İbrahimlinin Şuşada "Xarıbülbül" festivalında oxuduğu "Bayatı Şiraz" muğamı Türkiyədə maraqla qarşılanıb.
Kult.az Teleqraf.com-a istinadən xəbər verir ki, Türkiyənin opera müğənnisi Ərhan Gözəl K. İbrahimlinin Cıdır düzündəki ifasını sosial şəbəkə hesabında paylaşaraq öz heyranlığını bildirib.
"Mən 10 il konservatoriyada oxudum. 20 ildir ki, opera sahəsindəyəm. Bu 30 ildə mənə bu qədər dərindən təsir edən çox az səs olub. Möhtəşəmsən!", - deyə paylaşımında Ə.Gözəl qeyd edib.
Həmin görüntünü təqdim edirik:
Xatırladaq ki, K. Bayramlı əməkdar artist, xanəndə Təyyar Bayramovun oğludur.
Qeyd edək ki, Kənan sözügedən mahnını 2021-ci ildə 1-ci "Xarıbülbül" festivalında oxuyub.
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Əmək yarmarkasında 90-dək vakansiya təqdim olundu
- Qeyri-sabit hava bu tarixədək davam edəcək
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- WUF13: "Bakı Fəaliyyətə Çağırışı" sənədi qəbul edildi