Gədəbəydə yanacaqdaşıyan avtomobildə yanğın olub.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu gecə saat 01:30 radələrində nazirliyin “112” qaynar telefon xəttinə Gədəbəy şəhərində yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 32 ton həcmində dizel yanacağı daşıyan vətəndaşa məxsus "Şaqman" markalı yanacaqdaşıyan avtomobilin kabina hissəsində baş verdiyi və hər an yanacaq çəninə keçmək riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kabinadakı yanğın qısa müddətdə söndürülərək yanacaq çəninə keçməsinə və böyük fəsadlarla nəticələnməsinə imkan verilməyib.
Yanğın nəticəsində avtomobilin kabina hissəsi yanıb, avtomobilin qalan hissəsi, o cümlədən yanacaqla dolu çəni yanğından mühafizə olunub.
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Əmək yarmarkasında 90-dək vakansiya təqdim olundu
- Qeyri-sabit hava bu tarixədək davam edəcək
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- WUF13: "Bakı Fəaliyyətə Çağırışı" sənədi qəbul edildi