"İnter"in erməni futbolçusu Henrik Mxitaryan klubun televiziyasına müsahibəsində ölkəmizin ərasizinə qarşı təxribat nümayiş etdirib.
BUTA.TV Offsideplus.az-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu haralı olduğu ilə bağlı suala cavab verərkən şəkil çəkərək qondarma və keçmiş “dqr”ni Ermənistanın bir hissəsi kimi qeyd edib.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Firuz Abdulla açıqlamasında Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən futbolçunun bu addımı ilə bağlı müvafiq orqanlara müraciət edəcəklərini açıqlayıb:
"AFFA məsələ barədə məlumatlıdır. Müvafiq prosedurların həyata keçirilməsinə başlanılıb. Zəruri hüquqi sənədlər hazırlanaraq gün ərzində UEFA və İtaliya Futbol Federasiyasına müraciətlər ünvanlanacaq".
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...
- Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq