"Simurq" futbol klubunun sabiq baş məşqçisi Sergey Yuran Rusiyanın "Ximki" klubunun səhmdarı Tufan Sadıqovu tənqid edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis azərbaycanlı iş adamını məşqçilər heyətinin işinə müdaxilə etməkdə günahlandırıb.
O bildirib ki, Sadıqovla futbol məsələlərində dil tapmaq çox çətindir:
"O, özünü futbolun ən yaxşısı hesab edir. Amma hansı oyunçuların lazım olub-olmadığına baş məşqçi deyil, investor qərar verməyə başlayırsa, bu, sizi uğursuzluğa aparan yoldur".
Qeyd edək ki, Sergey Yuran 2011/2012 mövsümündə "Simurq"a rəhbərlik edib.
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...
- Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq