"Qəbələ"nin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Çexiyanın "Teplitse" komandası ilə yoxlama oyununda əlbəyaxa dava düşüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, insident qarşılaşmanın sonlarına yaxın rəqib futbolçu ilə "qırmızı-qaralar"ın kapitanı Asif Məmmədov arasında baş verib. Daha sonra digər oyunçular insidentə qarışıblar.
Qarşıdurmanın böyüdüyün görən baş hakim oyunu vaxtından əvvəl - 89-cu dəqiqədə bitirib. Yalnız bundan sonra tərəfləri sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, görüş "Qəbələ"nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...
- Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq