Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlunun hesabına stop qoyulub.
"Unikal"ın əldə etdiyi məlumata görə, Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsait dondurulub.
Xatırladaq ki, Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsidir. O hərbi təlimlərdə, eləcə də bir sıra yoxlama-nəzarət prosesində iştirak edib.
Onu da qeyd edək ki, bir müddət öncə Müdafiə Nazirliyinin Maliyyə idarəsinin bir neçə yüksək rütbəli zabitləri külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı həbs edilib.
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...
- Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq