Yaxın Şərqin ən böyük duzlu gölü olan Urmiya gölü son illərdə yanlış idarəedilmə və iqlim dəyişiklikləri ucbatından quruma təhlükəsi ilə üz-üzədir.
BUTA.TV xəbər verir ki, bunu Urmiya gölünün bərpası və araşdırma şurası rəhbəri Ruhulla Mütəfəkkir Azad deyib.
“Bu il də keçən illərdə olduğu kimi, gölə aid su mənbələrinin qarşısında tikilən bəndlərdən suyun buraxılmaması və “Kani Sib” su tunelinin tamamlanmaması səbəbindən gölün əsas hissəsi tamamilə qurumağa məruz qalıb. “Kani Sib” bəndindən Urmiya gölünə suyun nəqli layihəsinin birinci mərhələsi bu ilin sonunadək başa çatacaq. Suyun ötürülməsi birinci mərhələdə təqribən 300 milyon kubmetr həcmdə həyata keçiriləcək”, - o bildirib.
Qeyd edək ki, bundan öncə Ətraf Mühitin Mühafizəsi Təşkilatı Urmiya gölündə ciddi problem olduğunu, böhran vəziyyətinin yaşandığını demişdi.
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...
- Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq