Beynəlxalq ictimaiyyətin dəstəyi və danışıqlar yolu ilə Cənubi Qafqazda hərtərəfli sabitliyə və sülhə nail olmaq çox vacibdir.
BUTA.TV xəbər verir ki, bunu Estoniya Prezidenti Alar Karis Ermənistan Prezidenti Vaaqn Xaçatryanla görüşündən sonra sosial şəbəkə hesabında yazıb.
O, Azərbaycanla Ermənistan arasında mövcud gərginliyin danışıqlar masası arxasında həll olunacağına ümid etdiklərini bildirib:
“Estoniyanın dinc və sabit görmək istədiyi Cənubi Qafqaz regionu Ermənistanın uğurlu və firavan gələcəyi üçün zəruri ilkin şərtdir”.
Qeyd edək ki, yanvarın 16-da Ermənistan Prezidenti Vaaqn Xaçatryan Estoniyada səfərdə olub. Səfər zamanı o, Estoniya Prezidenti Alar Karislə görüşüb.
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...
- Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq