ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistan gənclər federasiyasının nümayəndələri Azərbaycan səfirliyinə gedən 34 yolu bağlayıblar.
BUTA.TV xəbər verir ki, bununla ermənilər Azərbaycanın guya Laçın yolunu bağlamasına “etirazlarını” nümayiş etdiriblər.
Onlar “30 min uşaq Azərbaycanın girovudur”, “Qarabağın blokadasını dayandırın” və s. kimi absurd şüarlar yazılan plakatlar qaldırıblar.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı