Lənkəranda bərbərxanada partlayış olub, xəsarət alan var.
BUTA.TV xəbər verir ki, hadisə Lənkəran şəhəri, “Ləvəngi” dairəsi adlanan ərazidə qeydə alınıb.
Belə ki, 28 yaşlı Məhərrəm İsazadə fəaliyyət göstərdiyi bərbərxanaya gəlib qapını açıb içəri daxil olduqdan sonra elektrik lampalarını yandıran zaman partlayış baş verib. Nəticədə M.İsazadə hər iki əlin və sifətin yanıq xəsarətləri alıb.
İlkin araşdırma zamanı partlayışın baş vermə səbəbinin bərbərxananın yaxınlığından keçən qaz borularında qaz sızmasının olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
- Mən İlham Əzizin yerinə olsaydım, “Nataşa”nı götürüb Salyana gətirərdim...
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...