Mərkəzi Bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinə yeni direktor təyin edilib.
Bu vəzifəyə təyin olunan İbrahimova Umeyra Fərhad qızının əvvəlki iş yeri "PAŞA Bank” ASC-də Beynəlxalq bazarlar şöbəsinin müdiri vəzifəsi olub.
1987-ci il təvəllüdlü Umeyra İbrahimova 2004-cü ildə Yasamal rayonundakı 20 saylı orta məktəb-liseyi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat fakültəsinə daxil olub. 2008-2010-cu illərdə Mərkəzi Avropa Universitetində magistr təhsili alıb.
İş həyatına 2012-ci illərdə "PASHA Capital” QSC-də broker kimi başlayıb. 2016-cı ildən 2021-ci ilə kimi "PAŞA Bank”ın Xəzinədarlıq departamentində mütəxəssis kimi çalışıb. / Yeniavaz.com
- Hikmət Hacıyevdən WUF13-lə bağlı paylaşım
- Mən İlham Əzizin yerinə olsaydım, “Nataşa”nı götürüb Salyana gətirərdim...
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı