Üç aydır, Almaniyada müalicə alan, bir müddət öncə Azərbaycana qayıdan meyxanaçı Ələkbər Yasamallı sosial mediada paylaşımı ilə diqqət çəkib.
O, "Instagram" hesabında üç il əvvəl intihar edən bacısı oğlu Şamxalın məzarı ilə foto paylaşıb.
Ələkbər paylaşıma bu sözləri yazıb: "30 yaşımdan 40 yaşıma kimi keçən 10 il çox tez ötdü. Şamxalsız 3 il isə ağrılı-acılı, hər saniyəsi kədər dolu 30 il kimi göründü. Kaş bu sözləri sən mənim üçün yazardın, nur üzlü Şamxalım. Bu 3 ilin hər ağrılı anı da "kaş" deyə-deyə keçdi. Səninlə üzbəüz dayanıb, dərdləşmək üçün nələr verməzdim. Amma sənə ancaq yaxşı şeylərdən danışardım. Sən gedəndən təəssüf ki, yaxşı nəsə olmayıb. Olubsa da, bizə yaxşı kimi görünməyib. Allah günahlarını bağışlasın. Qəbrin nurla dolsun”.
Xatırladaq ki, ötən il Ələkbər Yasamallının yaxın dostu, meyxanaçı Rəşad Dağlı onun bibisi oğlu İsgəndər Mehtiyevi qətlə yetirməkdə təqsirləndirilir.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır