Xəbər verdiyimiz kimi, bu gecə, saat 01:30 radələrində Ermənistanın Göyçə mahalının Azad kəndi yaxınlığında yerləşən hərbi hissələrindən birində yanğın baş verib, nəticədə 15 əsgər ölüb, 3-ü yanıq xəsarətləri alıb.
BUTA.TV xəbər verir ki, yanğının Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Azad kəndi ərazisində yerləşən mühəndis-istehkamçı rotasının sığınacağında olduğu bildirilir.
Yanğın baş verən hərbi hissə Azərbaycan sərhədinə yaxın ərazidə yerləşir.
Yanğının hansı səbəbdən baş verdiyi haqda heç bir məlumat yoxdur.
- Bu qəzalarla bağlı yeni qərar - Qaydalar dəyişdi
- Hikmət Hacıyevdən WUF13-lə bağlı paylaşım
- Mən İlham Əzizin yerinə olsaydım, “Nataşa”nı götürüb Salyana gətirərdim...
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı