Türkiyə Azərbaycan, Qazaxıstan və Gürcüstanla Şərq-Qərb Orta Dəhliz məsələsində üçtərəfli və dördtərəfli mexanizmlər qurub.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Ümid edirəm ki, Ermənistan da bu prosesə daxil olar. Yəni sülh yolunda səmimi addımlar atar. Son zamanlar müzakirələrlə bağlı təəssüf ki, geri addımlar gördük. ABŞ Dövlət katibi Entoni Blinken Ermənistan Baş naziri Nikol Paşinyanın səmimi olduğunu söylədi, amma bunu sözdə deyil, əməldə görmək istəyirik”, - Çavuşoğlu bildirib.
Çavuşoğlu Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesindən də danışıb:
“Rahatlıqla qardaş, can Azərbaycan adından da danışa bilərəm. Türkiyə və Azərbaycan normallaşma məsələsində səmimidir”.
- Bu qəzalarla bağlı yeni qərar - Qaydalar dəyişdi
- Hikmət Hacıyevdən WUF13-lə bağlı paylaşım
- Mən İlham Əzizin yerinə olsaydım, “Nataşa”nı götürüb Salyana gətirərdim...
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı