Məşhur hind kino aktyoru Amitabx Baççan Səudiyyə Ərəbistanında “Əl-Hilal” və “Əl-Nəsr” komandalarından ibarət birgə kollektivi ilə PSJ arasında özəl oyunun açılışını edib.
BUTA.TV Azpost.info-ya istinadən xəbər verir ki, məşhur aktyor bu barədə paylaşım edib.
“Əl-Riyadda bir axşam. Necə gözəl axşam idi. Kristano Ronaldo, Lionel Messi, Mbabe, Neymar hamısı bir yerdə oynayır. Oyunun açılışını etmək üçün dəvət olunmuş qonaq. PSJ vs Riyad mövsümləri… İnanılmaz!" - deyə A.Baççan vurğulayıb.
Bu matçda Kristano Ronaldo Ərəbistanda debüt edib. O, debüt matçında bəlkə də sonuncu dəfə Lionel Messiyə rəqib olub.
Bu görüşdə daha güclü olan Fransa təmsilçisi 5:4 qalib gəlib. Oyunda 9 qoldan başqa, 1 qırmızı vərəqə, 3 penalti (birini Neymar vura bilməyib) də qeydə alınıb.
Matçdan sonra biri penaltidən olmaqla, dubl etmiş Kristano Ronaldoya “Matçın ən yaxşısı” mükafatı verilib. Həmçinin, komandalara medallar və qalib PSJ-yə xüsusi kubok təqdim olunub.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır