Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinini əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, “Saipa” markalı avtomobilin sürücüsü Soltanəli Məcidov və “VAZ-2107”-nin sürücüsü Rəvan Qədirov törətdikləri qayda pozuntularına görə yol polisi əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıblar. Sürücülərin narkotik vasitənin təsiri altında olmalarına dair şübhələr olduğundan onların tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin də nəticəsinə əsasın həmin şəxslərin marixuanadan istifaddə etdikləri sübuta yetirilib.
Sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddəsi ilə protokol tərtib olunaraq barələrində qanunamüvafiq tədbir görülüb.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır